Pedro Enrike “Qalatasaray”a qol vurdu

0
159

Türkiyə Superliqasında 3-cü tura start verilib.

Terefsiz.az-ın məlumatına görə, ilk oyun günündə 2 matç keçirilib. “Kasımpaşa” “Ankaragücü”nü qəbul edib və 0:1 hesabı ilə uduzub.

Turun digər qarşılaşmasında “Qalatasaray” “Kayserispor”un qonağı olub. Görüşdə hesabı 37-ci dəqiqədə “Qarabağ”ın sabiq üzvü və bu ay “Kayserispor”a keçən Pedro Enrike açıb. Ancaq o, 74-cü dəqiqədə ikinci sarı vərəqə alaraq meydandan qovulub. Komandası isə üstünlüyünü sona kimi qoruya bilməyib. Yekun nəticədə “Cim-Bom” 3:2 hesabı ilə qalib gəlib.

30 avqust

“Kayserispor” – “Qalatasaray” – 2:3
Qollar:
 Pedro, 37 (1:0), Belhanda, 66-pen (1:1), Babarl, 87 (1:2), Bulut, 90+1 (2:2), Adem Büyük, 90+8 (2:3)