“Fənərbaxça”da yeni hücumçu – rəsmi

0
208

“Fənərbaxça” növbəti transferini həyata keçirib.

Terefsiz.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İstanbul təmsilçisi Mevlut Erdinçlə 2 illik müqavilə imzalanıb. 32 yaşlı hücumçu “Fənərbaxça”ya azad agent kimi keçib.

Qeyd edək ki, M.Erdinç bu yay “Başakşəhər”dən ayrılıb. O, ötən mövsüm icarə əsasında “Antalyaspor”da oynayıb.