Ramil Şeydayev yenə ehtiyatda qaldı

0
223

Millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Dinamo” Rusiya Premyer Liqasında növbəti oyununa çıxıb.

Terefsiz.az xəbər verir ki, komanda 8-ci turda səfərdə “Krılya Sovetov”la qarşılaşıb. Matç qolsuz bərabərliklə başlayıb – 0:0.

R.Şeydayev sabiq klubuna qarşı görüşdə iştirak etməyib. O, səfər oyununu ehtiyat oyunçular siyahısından izləyib.

23 yaşlı futbolçu bundan əvvəlki turda “Tombov”la matçda da ehtiyatda qalmışdı.

Qeyd edək ki, “Dinamo” 9 xalla 11-ci , “Krılya Sovetov” isə 7 xalla 12-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, R.Şeydayev ötən mövsüm “Krılya Sovetov”da oynayıb.