ABŞ Şimali Koreyaya qarşı sanksiyalarını genişləndirib.

0
205
National Symbols of the USA: Flag and The Capitol in Washington DC, Focus on the Flag, Photomontage. SEE MY OTHER PHOTOS & VIDEOS from USA:

ABŞ Şimali Koreyaya qarşı sanksiyalardan yayınmağa yardım göstərən iki fiziki və üç hüquqi şəxsə, bir də gəmiyə qarşı sanksiya tətbiq edib.

Terefsiz.az saytı xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. 

Sanksiyalara Tayvanın (“Chinese Taipei”) Şimali Koreya gəmilərinə neft ötürən “Jui Cheng Shipping Company Limited”, “Jui Pang Shipping Co ltd”, “Jui Zong Ship management Co ltd” gəmiçilik şirkətləri, Panama bayrağı altındakı “Shang Yuan Bao” gəmisi, habelə əvvəllər cəmi 1,7 milyon litr neft məhsullarını Şimali Koreya bayrağı altındakı gəmilərə azı iki dəfə ötürən iki nəfər fiziki şəxs məruz qalıb.

Terefsiz.az