“Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında”

0
247

TEREFSİZ.AZ saytı xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 8-də “Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında” fərman imzalayıb.

 

Fond Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək vəsaitinin formalaşdırılması, idarə olunması və həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir:

 

“Fondun vəsaiti Azərbaycan vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fondun vəsaitinin sərəncamçısı Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir”.

 

Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir.

 

Dövlət başçısının fərmanıyla 11 nəfərdən ibarət fondun (“YAŞAT” Fondu) Himayəçilik Şurasının tərkibi təsdiq edilib.

 

Onların arasında yazıçı Çingiz Abdullayev, hərbçi Şair Ramaldanov, deputat Novruzəli Aslanov, muğam ustası Mənsum İbrahimov, Beynəlxalq Şəffaflıq Təşkilatının Azərbaycan Milli Bölməsinin sədri Rəna Səfərəliyeva və digərləri daxildir.

TEREFSİZ.AZ