Sarkisyan Azərbaycanla sərhədin demarkasiyası üçün Putindən kömək istədi.

0
364

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, İrəvan Rusiya Prezidenti Vladimir Putindən Ermənistanla Azərbaycan arasındakı sərhədin demarkasiyası prosesini dəstəkləməsini istəyib.

RBK-nın məlumatına görə, müvafiq məktubla Rusiya liderinə erməni həmkarı Armen Sarkisyan müraciət edib.

Ermənistan prezidenti demarkasiya ilə bağlı tərəflər arasında yeni mübahisələrin yaranması baxımından potensial təhlükə olduğunu bildirib.

TEREFSİZ.az