Cəlilabad Rayon İcra başçısı Namiq Zeynalov işindən azad edildi.

0
263

TEREFSİZ.AZ saytı xəbər verir ki, İlham Əliyevin sərəncamına əsasən Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

O, bu vəzifəyə 6 fevral 2018-ci ildə təyin edilmişdi. Qeyd edək ki, dekabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında əməliyyat keçirilmişdi, saxlanılanlar arasında icra başçısı da vardı.

TEREFSİZ.AZ