Zibilyığan maşın aşdı, işçi yaralandı.

0
197

Sabunçu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Terefsiz.az saytı oxu.az – a istinadən xəbər verir ki, Balaxanı qəsəbəsi ərazisində Mənzil Kommunal İstehsalat Birliyinə (MKİS) məxsus zibil daşıyan avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı idarədə fəhlə işləyən 1979 -cu il təvəllüdlü Əsgərov Seymur Telman oğlu xəsarət alıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Terefsiz.az