Gənclərin inkişaf forumu baş tutacaq.

0
201

Gəncləri bir araya gətirmək, onların fərdi inkişafına töhfə vermək, maraqlandıran məsəllələrin həlli yollarını birlikdə araşdırmaq və aktiv müzakirə mühiti yaratmaq məqsədi ilə Miqrasiya Könüllüləri “Gənclik İnkişaf Forumu” layihəsinə başlayır.

Terefsiz.az xəbər verir ki, layihə çərçivəsində gənclərin sahələr üzrə peşəkar, təcrübəli şəxslərlə müzakirə formatında müxtəlif mövzularda görüşləri təşkil olunacaqdır. İştirakçılar müəyyən edilmiş mövzular ətrafında geniş müzakirələr aparmaq, təkliflər vermək, suallar ünvanlamaq, məlumatlar almaq imkanı qazanacaq, forumun qonaqları ilə daha yaxından tanış olacaqlar.
Gənclik İnkişaf Forumunun ilk qonağı Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynovdur.
Mövzu: Fərdi inkişaf strategiyaları

Görüş 22 sentyabr, saat 10:30-da, Dövlət Miqrasiya xidmətinin inzibati binasında təşkil olunacaq.

https://docs.google.com/forms/d/e/1FAIpQLSdkH3ZAq-Sz19tWmgJl5PPWmeT2p3RO74uFJ7XkbyGT7nV7bQ/viewform?vc=0&c=0&w=1

TEREFSİZ.AZ