Universitetdə terror – ” Qaçın, gizlənin və ya vuruşun “!

0
199

ABŞ-da silahlı şəxs Luiziana ştatı universitetinin (“Louisiana State University” – red) ərazisinə girib.

Terefsiz.az saytı TASS-a istinadən xəbər verir ki, bu barədə təhsil müəssisəsinin “Twitter”dəki səhifəsində bildirilir.

Qeyd edilir ki, silahlı cinayətkar zala soxulub. “Qaçın, gizlənin və ya vuruşun”, – deyə ali məktəbin rəhbərliyinin bəyanatında qeyd edilir.

Bir müddət sonra universitetin “Twitter” səhifəsində bildiriblər ki, silahlı insanla vuruşmaq yalnız qəti tədbir kimi təklif edilir. Ali məktəbin rəhbərliyi təhlükənin indiyə qədər sovuşmadığını qeyd edib. 

Əraziyə polis əməkdaşları cəlb edilib.

Terefsiz.az