Qubada 50 hektar taxıl sahəsi yandı

0
172

Qubada biçilmiş taxıl sahəsində güclü yanğın baş verib.

Terefsiz.az saytı Oxu.az – a istinadən xəbər verir ki, yanğın rayonun Alpan kəndində qeydə alınıb. 

Sakinlərə məxsus 50 hektar taxıl sahəsində baş verən yanğın söndürülüb.

Quba rayon İcra hakimiyyəti başçısının müavini Xanlar Heybətov  açıqlamasında bildirib ki, yanğın nəticəsində ərazidə Sovet dövründən qalan 10 alma ağacının ətrafındakı kol-kos da yanıb.

Yanğın 2 saat ərzində söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

İstinad: oxu.az

Terefsiz.az