Türk Yayınevi və nəşriyyatının ” İLK UĞURUM” Müsabiqəsi

0
827
  • “İlk uğurum” adlı şeir, hekayə/esse və elmi məqalə yarışmamız başladı.

Bu layihədə ki məqsədimiz gənc və istedadlı şairlərimizi və yazıçılarımızı üzə çıxarmaq, Azərbaycan xalqına tanıtdırmaqdır. Layihəmiz kölgədə qalmış istedadlı gənclərimizə öz oxucu kütləsi ilə tanış olmaq və onlarla səmimi dialoq quraraq əlaqə yaratmalarına kömək edəcək. Beləliklə, yarışma çərçivəsində məqsəd ən yaxşını seçmək deyil, ən yaxşıları bir yerə toplayaraq bir kitab altında birləşdirməkdir.

  • Yarışmanın şərtləri aşağıdakılardır:
    Əsərlər daha öncə heç yerdə nəşr olunmamış olmalıdır.
    Ölkənin siyasi birliyinə xələl gətirəcək mövzu və məzmunda olmamalıdır.
    Müəllifin özünə aid olmalıdır . (plagiatlıq faktı aşkar olunarsa qəbul edilməyəcək)
    Yarışa qatılmaq istəyənlərdən heç bir ödəniş tələb olunmur.
    Yaş məhdudiyyatı yoxdur.
    Mətnlər Word (.doc) formasında olmalıdır.
    Göndərilən şeirlər mütəxəssislər tərəfindən yoxlanılacaq, qiymətləndirildikdən sonra nəticələr açıqlanacaq.
    Yarışda seçilənlərin şeirləri kitab halında nəşr olunacaq.
    Kitabın təqdimat mərasimi və imza günü keçiriləcək.
    Kitab Azərbaycanda və Türkiyədə satışa buraxılacaq.
    Kitab ISBN kodu və qoloqramı ilə nəşr olunacaq.
    Yarışmada qalib gələnlərin əgər nəşr olunmamış kitabları varsa tərəfimizdən güzəştli olaraq nəşr ediləcəkdir.
    Yarışa 80 nəfərdən az şəxs müraciət edərsə layihə tərəfimizdən ləğv oluna bilər.
  • Şeir yarışması üçün:

    ”Ilk uğurum” layihəmizə şeir üçün qeydiyyat başladı!


    Hekayə esse yarışması üçün:

    “İlk uğurum” layihəmizə hekayə və esse üçün qeydiyyat başladı!


    Elmi məqalə yarışması üçün:
    http://turknesriyyati.com/ilk-ugurum-layihəmizə-elmi-məqalə-ucun-qeydiyyat-basladi/

Ələvə məlumat üçün: 012 409 14 12 və ya 077 388 70 66 əlaqə nömrələri ilə əlaqə saxla bilərsiniz.