Tramp Moralesin istefasını demokratiya üçün əlamətdar an adlandırıb

0
175

ABŞ prezidenti Donald Tramp Boliviya prezidenti Evo Moralesin istefasını alqışlayıb.

Bu barədə Terefsiz.az  RİA “Novosti”yə istinadən xəbər verir.

Ağ Ev rəhbəri bildirib ki, bu, Nikaraquanın və Venesuelanın “qeyri-qanuni” hakimiyyətləri üçün əhəmiyyətli siqnaldır.

“Boliviya prezidenti Evo Moralesin dünənki istefası Qərb yarımkürəsində demokratiya üçün dönüş anı oldu”, – deyə Trampın Ağ Evdə yayılmış bəyanatında deyilir.

“Birləşmiş Ştatlar Boliviya xalqının azadlığa cəhdini, Boliviya hərbçilərinin isə yalnız bir insanı yox, həm də Boliviyanın konstitusiyasını müdafiə etməsini alqışlayır”, – deyə açıqlamada bildirilir.

“Bu hadisələr Venesuela və Nikaraquadakı qeyri-qanuni rejimlərə əhəmiyyətli siqnaldır ki, demokratiya və xalqın iradəsi həmişə qalib gələcək. İndi biz tamamilə demokratik, çiçəklənən və azad Qərb yarımkürəsinə bir addım daha yaxınıq”, – deyə ABŞ lideri fikirlərini yekunlaşdırıb.

istinad:report.az