Patriarx Kirill Bakıya gələcək

0
173

Moskvanın və bütün Rusiyanın Patriarxı Kirill Bakıya səfər edəcək. 

Terefsiz.az “RİA Novosti”-a istinadən xəbər verir ki, səfər noyabrın 14-də baş tutacaq.

Patriarx Kirillin səfərinin məqsədi Bakıda keçiriləcək Dünya Dini liderlərinin Sammitinin açılışında iştirakıdır.

Moskvanın və bütün Rusiyanın Patriarxının mətbuat xidmətindən bildirilib: “Noyabrın 14-də müqəddəs Patriarx Kirill Bakıya səfər edəcək və burada Dini Liderlərin II Bakı Sammitinin açılışında iştirak edəcək”.

istinad:oxu.az