Tramp kraliçanın ziyafətində mürgülədi – VİDEO

0
274

ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya səfəri maraqlı məqamla yadda qalıb.

Terefsiz.az saytı xəbər verir ki, Kraliça ABŞ prezidentinin şərəfinə verilən ziyafətdə nitq söyləyərkən Tramp mürgüləməyə başlayıb.

Kraliça ABŞ-Britaniya münasibətlərinin inkişaf etdirilməsindən danışarkən, prezidentin başını aşağı salaraq mürgüləməsi və anidən diksinərək başını qaldırması jurnalistlərin gözündən yayınmayıb.

Qeyd edək ki, Tramp və xanımının Böyük Britaniyaya səfəri iyunun 3-də başlayıb və 3 gün davam edəcək.

Terefsiz.az