Bakı Bulvarında fərqli layihə

0
1400

Bulvarda pulsuz fitnes, yoqa, krosfitnes dərsləri keçiriləcək.

Terefsiz.az saytı ” Trend ” – ə istinadən xəbər verir ki, bu haqda Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bidirib.

Onun sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsi iyunun 8-dən “Yay gəlir” kampaniyasına start verir:

” Layihə ” çərçivəsində həftə sonları Bulvarda açıq havada ödənişsiz fitnes, yoqa, krosfitnes dərsləri təşkil olunacaq. Məşqlər şənbə və bazar günləri gündə iki dəfə – saat 09:00-da və 19:00-da keçiriəcək. Şənbə günləri saat 10.00-da yoqa, axşam saat 19.00-da fitnes, bazar günləri saat 09.00-da krosfitness, axşam saat 19.00-da fitnes məşqlərinə qatıla bilərsiniz. Ağ Şəhər bulvarı ərazisində, açıq havada baş tutacaq məşqlərə giriş sərbəstdir “.

Terefsiz.az