Sənətin dili var…

0
418

Bu gün sosial şəbəkələri kombinat adlanan yerdə çəkilən divar rəsmi lərzəyə gətirib.

Bu “sosial zəlzələyə” səbəb Bakıda keçirilən  Maiden Tower. To Be a Woman (Qız Qalası, Qadın Olmaq) adı altında keçirilən müasir incəsənət festivalı zamanı isveç küçə rəssamı Karolin Falkholtun rəsm əsəridir. Bu festivalın keçirilmə səbəbi, Azərbaycan qadının cəmiyyətdə bərabər hüquqlu fərd olmasının 100 illiyinə həsr edilib. Bu münasibətlə müxtəlif ölkələrdən olan rəssamlar Bakıda rəssamlar ittifaqının atılmış bədii-istehsalat kombinatı adlanan məkanda toplaşaraq, açılış ediblər. Bu məkan artıq çoxdan incəsənətlə əlaqəsini itirmiş, müxtəlif maliyyə şirkətlərinə icarəyə verilib.

Ən çox diqqət cəlb edən mural (mural – qraffiti kimi divar rəsmidir, lakin qraffitidən fərqli olaraq ölçüsünə görə böyük sahəni əhadə edir) cəmiyyət tərəfindən fərqli qarşılanıb. İnsanların bir hissəsi buna incəsənət kimi, digər hissəsi isə bunu əxlaqsızlıq dəyərləndirib. Bu gün sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilməsinə səbəb, rəsmdə transgenderin cinsiyyət orqanı və sinə hissəsi ilə əks olunmasıdır. Diqqətinizə çatdırım ki, bu əsər isveç rəssamın ilk rezonans doğuran əsəri deyil. Rəsmin çəkildiyi məkan tərəfdə yaşayan sakinlərin şikayəti əsnasında, bu rəsmin üzəri boyayla rənglənib. İstənilən halda divarda çəkilmiş əsərlərin qalma müddəti yeddi gündən çox deyil. Sonra qalması üçün çəkildiyi məkana ödəniş və müqavilə əsasında saxladıla bilər.

Sosial şəbəkə istifadəçilərinin buna qarşı ikili fikir nümaiş etdirməsinə əsas səbəb, sənət əsərinə əxlaqi və tərbiyəvi prizmadan baxması olub. Bir çoxu bunu mental dəyərlərə zidd, əxlaq və tərbiyəni poza biləcək, yeniyetmə və gənclərin formalaşmasına mənfi təsir göstərə biləcək amil hesab edib. İstifadəçilərin qalan hissəsi isə sənətin dili olmadığını, transgenderlərin də cəmiyyətin bir hissəsi olması, buna sırf incəsənət olduğunu bildiriblər.

Bu bir daha sübut edir ki, ölkəmizdə sənətin dili var və o sənət əsəri bizim dildə danışmırsa, mütləq ki məhvə məhkumdur.

Bəs sizcə, sənətin dili var?)

Müəllif: Xanım Əliyeva

TEREFSİZ.AZ