Avtomobil Bakı-Sumqayıt şossesində qadını vurdu

0
172

Avtomobil Bakı-Sumqayıt şossesində qadını vurub

Binəqədi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Terefsiz.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza Bakı-Sumqayıt şossesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində baş verib.

Minik avtomobili yerüstü piyada keçidindən yüksək sürətli yola çıxan 1967-ci il təvəllüdlü Qarayeva Reyhan Qara qızını vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli
Elşad Mətləboğlu

istinad:oxu.az