Şəhidimiz Taleh Mustafayevin əziz xatirəsinə ithafla…

0
500

Budur: zəfər günümüzdən bir ay vaxt keçir. 44 günlük İkinci Qarabağ savaşı da qalibiyyətimizlə yekunlaşdı. Neçə-neçə igidlərimiz döyüş meydanında hünər göstərərək, düşmənizi yendi. Amma bütün müharibələrin bir bədəli olduğu kimi bu müharibənin də var. 2783 şəhid və indi mənim onlardan biri haqqında yazacağım şəxs, Taleh Qənimət oğlu Mustafayev.

Şəhid Taleh Qənimət oğlu Mustafayev 17 dekabr 1995-ci ildə Gəncədə dünyaya göz açıb. Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olduqdan sonra, vətənə borcunu qaytarmaq üçün 2017-2018-ci illərdə hərbi xidmətdə qulluq etmişdir.

Ürəyi vətən sevgisi ilə döyünən Taleh 27 sentyabr başlayan döyüşlərə könüllü qoşulmuş, Fizulidən Xocavəndə qədər döyüş yolu keçib. Amma taley elə gətirdi ki Taleh 44 günlük döyüşlərin sonuncu günü 9 noyabr Şuşada yaralı hərbçi yoldaşını döyüş bölgəsindən çıxararkən, düşmənin snayper gülləsinə tuş gələrək, dünyasını dəyişib.

Bu videonun hazırlanmasında şəhidin dostları, eləcə də tələbə və əsgər yoldaşlarının əməyi var.

Allah rəhmət etsin.