QƏHRƏMANLARIMIZI TANIYAQ – MURAD ƏSƏDOV (Foto)

0
941

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, 8.10.2020-ci il tarixində Fizuli uğrunda gedən gərgin döyüşlərdə Əsədov Murad Rüstəm oğlu böyük bir qəhrəmanlıq göstərərək, şəhid olub.

 

” 10 “dan çox düşmən əsgərini tək başına məhv edən, əsgər yoldaşlarını qoruyan cəsarətli döyüşçü Murad Əsədov düşmən gülləsinə tuş gələrək, qəhrəmancasına şəhid olub.

 

Şəhid olmadan bir neçə saat öncə evdəkilərə zəng edib, ” halalıq alıb ” və ” Mən şəhid olacam bunu hiss edirəm ” -deyib.

Qeyd edək ki, Murad Əsədov Naxçıvanda hərbi xidmətdə olub. Hərbi xidmətdən keçən ilin iyulunda gəlmişdi. İkinci Qarabağ döyüşlərinə isə könüllü gedib. Şəhid Murad Əsədov Ağcəbədi rayonu, Şərəfxanlı kəndinin sakinidir.

TEREFSİZ.AZ