“Qızıl Top”a əsas namizəd açıqlandı – Nə Ronaldo, nə də Messi

0
1759

2020-ci ildə “Qızıl top”a əsas namizədlərin adları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, futbolçuların builki çıxışlarına əsasən ilk “10-luq” müəyyənləşdirilib.

Hazırda bu titula ən yaxın göstərilən oyunçu “Bavariya”nın hücumçusu Robert Levandovskidir. Onu “Qızıl top”un altıqat qalibi Lionel Messi (“Barselona”) və 5 dəfə bu mükafatı qazanan Kriştiano Ronaldo (“Yuventus”) izləyir.

Siyahıda  Kevin De Bruyne (“Mançester Siti”), Tomas Müller (“Bavariya”), Neymar (PSJ), Erlinq Haland (“Borussiya” Dortmund), Kilian Mbappe (PSJ), Ceydon Sanço (“Borussiya” Dortmund), Serj Qnabri (“Bavariya) də yer alıb.