” Kukla teatrı ” – Bənövşə Mahmudqızı

0
5740

Bütün dünyada böyüyün böyüyü var. Ən xırda ölkə başçıları belə, ondan mütləq ki əmr alır. Ölkələrdə yaranan təbəqələşmə hər siyasi çətinlikdə camaatı filan ölkədə belədir, bizdə niyə belə deyil deməsi üçün qəsdlə şərait yaradılır. Yəni lap böyük deyir ki, “Ağıllı ol, sən həmişə heç nəsən. Səndən daha yaxşıları var”.

Lap xırdalıqlara getdikcə özbaşnalıq artır. Çünki insanda eqo var. Hər bir ölkənin böyüyü, (simvolik olandan başqa) əsas böyüyü, eqosunu tətmin etdirir. Ədalətli idarə etmə demək olar ki, mümkün deyil. Çünki dediyim kimi, xırdalıqlara bölündükcə ədalətsizlik artır. Bu xırdalıqlara daxildirlər böyük mafialar, hər pillədə olan məmurlar vəs. Mafiada bölgülər başqa şeylərə görə olsa da, onlar belə özlüyündə ölkədirlər.

Bir də idarə etdiyin insanların ən doğrusu, millətlərin mənəvi-maddi dəyərlərinə görə sənin idarəçilik sistemin dəyişir. Bu türklərdə məşhur bir cümlə var, onu xatırladır: “Sen kiminle dans ediyorsun”.

Nəticə etibarilə, bizə nə qədər ədalətli davranılması elə bizdən asılıdır. Nə qədər sadə olsaq da, qorxaq, yaltaq, Allahı pul olan insanlarıqsa, o qədər ədalətsizliyə düçar olarıq.
Kukla teatrlarında baş tutan kukla tamaşaları yadıma düşdü. Orada kuklaları əllər idarə edir. Əllərin sahibi isə bilinmir…

Müəllif: Bənövşə Mahmudqızı