Notr-Dam kilsəsinin təmirinə başlandı – Fotolar

0
108

Parisdəki tarixi Notr-Dam kilsəsi təmir edilir.

Terefsiz.az xarici mətbuata istinadən xəbər verir ki, güclü yanğın səbəbilə xeyli zərər görən kilsənin təmirindən görüntülər yayılıb.

Bu ilin aprelində baş verən və 8 saat davam edən yanğın zamanı binanın damı tamamilə çokmüşdü.

Qeyd edək ki, tarixi binanın tikilişi XII əsrdə başlayıb və 200 il davam edib. Fransa prezidenti Emmanuel Makron Notr-Damın yenidən təmir ediləcəyini və əvvəlki halına qaytarılacağını bildirib. Bunun üçün isə çoxlu pul və uzun vaxt tələb edilir.

Fransada xeyriyyə Fondu tarixi abidənin təmiri üçün maddi dəstək yığıb. Məşhur simalar isə fonda Notr-Damın təmiri üçün pul bağışlayıb.