“Forsaj 9″un çəkilişində qəza -dublyor komaya düşdü

0
221

“Forsaj 9” filminin çəkilişi zamanı qəza baş verib.

Terefsiz.az xarici mətbuata istinadən xəbər verir ki, filmin baş rol oyunçusu Vin Dizelin dublyoru Joy Vatts 10 metr hündürlükdən yıxılıb. O, dərhal xəstəxanaya çatdırılıb. Başından zədə alan Coyun komada olduğu bildirilir. Qəza anına şahid olan 52 yaşlı Dizel isə gözyaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, film 2020-ci ilin may ayında tamaşaçıya təqdim ediləcək.