Nigeriyada qaz kəmərində partlayış olub: 10 nəfər həlak olub

0
145

Nigeriyanın River vilayətində qaz kəmərində partlayış olub.

Terefsiz.az -ın məlumatına görə, hadisə nəticəsində 10 nəfər həlak olub.

Məlumata əsasən, partlayış vilayət sakinləri arasında təlaş yaradıb. Bildirilir ki, partlayış zamanı naməlum energetika şirkətinin bir neçə əməkdaşı qaz kəmərinin yaxınlığında işləyirmiş.

Qeyd edilir ki, iş üzrə araşdırma aparılır.