Hindistanda bayram çadırı uçub, 14 nəfər ölüb, 50 nəfər yaralanıb

0
144

Hindistanda dini bayram mərasimi çadırı uçub.

Terefsiz.az xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Məlumata görə, hadisə Racastan ştatına qeydə alınıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, daha 50 nəfər xəsarət alıb.

Qeyd edilir ki, çadır güclü leysana və küləyə tab gətirməyib. Yaralılar xəstəxanaya yerləşdirilib.

Polis hadisə ilə bağlı təhqiqata başlayıb.

Terefsiz.az