Macarıstanda “Coca-Cola” homoseksuallığın təbliğində günahlandırıldı

0
152

Macarıstan konservativ partiyasının üzvü İştvan Boldoq “Coca-Cola”nın yeni reklamında eynicinsli azlıqların təbliğatına görə şirkətin məhsullarını boykot etməyə çağırıb.

Terefsiz.az saytı xəbər verir ki, siyasətçi bu çağırışı “Facebook” səhifəsində edib.

O bildirib ki, “Coca-Cola” bütün provakasiya yönümlü plakatlarını yığışdırmalıdır.

Reklam kompaniyasına aid olan plakatkarda “Sevgi elə sevgidir”, “Şəkərsiz və tənqidsiz” şüarları əks olunub.

Siyasətçiləri ictimaiyyət də dəstəkləyib. İnternet şəbəkəsində plakatları yığışdırmaq tələbli petisiyanın altında 17 min insan imzasını qoyub.

Terefsiz.az