Güclü külək Tovuzda 370 ailəni işıqsız qoydu – FOTO

0
176

Güclü külək Tovuz rayonunda elektrik enerjisinin verilməsində maneələr yaradıb.

Terefsiz.az saytı Oxu.az – a istinadən xəbər verir ki, rayonun Qovlar şəhəri, Mamed Mamedov küçəsində 370 ailənin istifadəsində olan 100 kilovatlıq transformator külək nəticəsində alışıb.

Hadisə yerinə FHN-in iki yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğın söndürülsə də, hadisə nəticəsində 370 ailə işıqsız qalıb.