Mənə bir məktub göndər…

0
347
  • Mənə bir məktub göndər..

    Susuzluqda su təki
    Bəlkə yadına düşəm.
    Mənə bir məktub göndər
    Bilim ki, ölməmişəm.

    Səndən başqa bilən yox,
    Dərdimə bir dərman yaz.
    İki kəlmə nədi ki,
    Ay gözünə qurban, yaz.

    Çox yox , bir varaq göndər,
    Vaxtın yoxsa ağ göndər,
    əllərinin izini
    evimə qonaq göndər.

    Bilim harda solursan,
    Ay gülüm, ay bənövşəm.
    Mənə bir məktub göndər,
    Bilim ki, ölməmişəm.

  • Emin Piri