Hacı Nuranın şəkillərini paylaşdığı toy kimindir? ( FOTO )

0
2904

Terefsiz.az saytı xəbər verir ki, Hacı Nuran Facebook sosial şəbəkəsində, öz səhifəsində toyla bağlı olan şəkillər paylaşıb.

Şəkillərə başlıq olaraq, bu sözləri yazıb: ” Allaha min şükürlər olsun. Bu günü illərdir, səbirsizliklə gözləyirəm “.

Aparıcı Hacı Nuran Hüseynov Aysel Abdullayeva adlı qızın Sabirabadda baş tutan toy məclisinə qatılıb.

Uşaq vaxtı evlərində olan yanğın nəticəsində xəsarət alan Aysel dəfələrlə əməliyyat olunub.

“2004-cü ildən Ayseli tanıyıram. 21 dəfə əməliyyat olundu” deyə, Hacı Nuran bildirib.

Terefsiz.az