Bakı bulvarında intihar

0
175

Bakı bulvarında bir nəfər özünü dənizə ataraq intihar edib.

Terefsiz.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonunda, “Ağ şəhər” bulvarında baş verib.

Təxminən 20-21 yaşlı gənc oğlan özünü dənizə atıb. Əraziyə dərhal FHN-nin Sularda Xilasetmə Xidmətinin Xətai Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib.

“Ağ şəhər” bulvarında dəniz relyefinin xilasetmə əməliyyatına əlverişsiz olması səbəbindən ölən şəxsin meyiti gətirilərək, Saat qülləsinin yaxınlığında quruya çıxarılıb.

Dənizkənarı Bulvar İdarəsinin Mühafizə Xidmətindən Oxu.Az-a bildirilib ki, meyitə ilkin baxış keçirilən zaman onun üzərindən şəxsiyyətini təsdiqləyən heç bir sənəd aşkarlanmayıb.

Meyit aidiyyatı üzrə Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Kamil Əmirli

Elşad Mətləboğlu

istinad:oxu.az