Bloqqer Mehman Hüseynov bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb.

0
172

Bloqqer Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.

Terefsiz.az saytı xəbər verir ki , bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. 

O, Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürüb və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqələrini götürüb.

M.Hüseynov sabahdan imzatoplama kampaniyasına başlayacağını da açıqlayıb.

31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından “Report”a faktı təsdiqləyiblər.

Qeyd edək ki, 2019-cu il dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. 

İstinad: report.az

Terefsiz.az