Ağrı əyalətində 8 terrorçu zərərsizləşdirilib.

0
187

Türkiyənin Ağrı əyalətində havadan dəstəklənən antiterror əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 8 silahlısı zərərsizləşdirilib.

Terefsiz.az saytı xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, antiterror əməliyyatını Türkiyə Daxili İşlər Nazirliyinin Ağrı əyaləti üzrə Jandarm Komandanlığı keçirib.

Terefsiz.az