Zelenski Ukrayna Konstitusiyanı komikslərdə göstərdi – FOTO

0
173

Terefsiz.az saytı xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski Facebook səhifəsində komikslərdə ölkə konstitusiyasının qaralama versiyasını təqdim edib.

Zelenski bildirib ki, belə bir təşəbbüslə “Əsaslar” nəşriyyat evi çıxış edib.

Ölkə prezidentinin sözlərinə əsasən, komikslərdə verilmiş Konstitusiya 4-8 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Şəkillər vasitəsilə uşaqlara Ukrayna vətəndaşlarının başlıca hüquq və vəzifələri izah ediləcək.