” Zəriflik solmayan yeganə gözəllikdir ” – Audrey Hepburn ( FOTO)

0
4152

 

TEREFSİZ.AZ saytı dünya tarixinin ən gözəl qadınlarından biri məşhur Britaniya aktrisası və dəb ikonası Audrey Hepburn haqqında məqaləni sizə təqdim edir.

 

O, 1929-cu ilin mayında Brüsseldə aristokrat ailədə anadan olub.
6 yaşı olanda atası onları tərk edir… Audrey ömrünün sonuna kimi atasının onu tərk etməsini qəbul edə bilmir.
10 yaşı olanda anası ailə qurur və onlar Hollandiyaya köçürlər…

Müharibə zamanı çəkdiyi aclığa görə aktrisa ömrünün sonuna kimi qan azlığı astma və depressiyadan əziyyət çəkir.

Müharibə bitdikdən sonra Audrey Londona gəlir….
1946-cı ildə balet dərsləri almağa başlayan Audreyə müəllimləri astma olduğu üçün baletlə məşğul olmaga icazə vermir.

Audrey aktrisa olmağa qərar verir. Ardıcıl filmlərə çəkilməyə başlayan Audreyə ən böyük şöhrət gətirən film 1953-cü ildə çəkilən “Roma tətilləri” olur. Buradakı roluna görə o, “Ən yaxşı aktrisa” mükafatı alır. Film isə 3 nominasiyada “Oscar”a layiq görülür.. Onu dünyada tanıdan film 1961-ci ildə çəkilən “Tiffanidə səhər yeməyi” idi. Bu filmdəki tərzi ilə o, bütün dünyada moda ikonuna çevrilir…

 

Audrey Hepburn həm də UNICEF-in xüsusi səfiri idi. O, yoxsul ölkələrdə uşaqların həyat şəraitinin yaxşılaşdırılmasında iştirak edirdi. 5 il ərzində 20 ölkədə səfərdə olan Audreyin bu ölkələrdə peyvəndlənmənin keçirilməsində və su təchizində böyük rolu olur…

Aktrisanın şəxsi həyatı isə uğurlu deyildi…

“Sabrina” filminin çəkilişləri zamanı aktrisa tərəf müqabili Uilyam Xoldenlə tanış olur.. Amma Uilyam Brenda Marşalla evli idi və 2 uşagı var idi. Ailə qurmaq və uşaq sahibi olmaq istəyən Audreyin istəyi sevgilisi tərəfindən müsbət qarşılanmır və onlar ayrılırlar.

1954-cü ildə Audrey aktyor və kinorejissor Mel Ferrerlə ailə qurur. Bu, Mel Ferrerin 3-cü nikahı idi və onun 5 uşagı var idi.1960-cı ildə onların Şon Hepbern Ferrer adlı oğulları doğulur. Lakin, cütlük 1968-ci ildə boşanır. Bu boşanma onun səhhətinə pis təsir edir.

Dostlarının təkidi ilə Audrey məşhur İtalyan psixoloq Andrey Dottidən yardım alır. Sonradan aktrisa elə onunla da ailə qurur və Luka Dotti adlı oğlu olur. 1982-ci ildə ərinin xəyanət etməsinə görə evlilikləri bitir. Atasına görə hər zaman tərk edilmək qorxusu yaşayan Audrey 50 yaşından ömrünün sonuna kimi aktyor Robert Uolderslə birlikdə yaşayır. O, öz xoşbəxtliyini bu adamda tapdıgını deyir…

UNICEF səfiri kimi etdiyi səfərlər aktrisanın səhhətinə pis təsir göstərir.

 

1992-ci ildə Somali səfəri zamanı qarın nahiyəsində ağrılar hiss edir. Amma aktrisa səfər pozulmasın deyə, tibbi yardım almaqdan imtina edir. Afrikadan qayıdandan sonra bağırsağında şiş aşkar edilir. Onun əməliyyatı ugurlu keçsə də, 3 həftə sonra yenidən şiddətli agrılar başlayır. Artıq xəstəlik onun digər orqanlarına da yayılır. Aktrisa son günlərini yaşamaq üçün İsveçrəyə qayıdır. Uşaqları və Robert Uolderslə son Milad bayramını qeyd edir.

1993-cü ilin 20 yanvarında 63 yaşında dünyasını dəyişir…
Dünyasını dəyişərkən ətrafındakı yaxınlarına yalvarıb ki, Lozanna bağındakı meyvələri Konqoda aclıq çəkən uşaqlara mütləq göndərsinlər. Ömrünün son illərində Odri demişdi:

«Mən keşməkeşlərlə dolu həyatımda bir şeyi başa düşdüm ki, həyatda ən qiymətli şey nə mənsəb, nə də var-dövlətdir. Mənim üçün bütün bunlardan vacib və qiymətli insan münasibətləridir».

Onun humanitar fəaliyyətini UNICEF-də Audrey Hepburn Memorial Fund yaradan oğlanları Sean və Luca davam etdirir.

 

 

Audrey Hepburndən sitatlar:

 

* Ən vacib şey həyatdan zövq almaq, xoşbəxt olmaqdır.

* Möcüzələrə inanmayan insan realist ola bilməz.

* Makiyaj səni yalnız xaricdən gözəlləşdirə bilər, amma daxilin çirkindirsə, o kömək edə bilməz : makiyajı yemədiyin halda.

* Zəriflik solmayan yeganə gözəllikdir.

* Tez bağışla, asta öp, ürəkdən sev, kontrolsuz gül və səni gülümsədən heç nə üçün peşman olma.

* Gözəl gözlər üçün başqalarında yaxşını görməyi bacar,
gözəl dodaqlar üçün yalnız xoş sözlər danış, gözəl qamət üçün heç zaman yalnız olmadığını xatırlayaraq yeri.

* Yaş artdıqca iki əlin olduğunu kəşf edirsən. Bir əlin özünə yardım edər, digəri başqalarına …

* Qadının xoşbəxtliyi gözlərindən bilinməlidir. Gözlər sevginin yaşadığı qəlbin qapısıdır.

* Kişinin sizə hədiyyə etdiyi sırğadan onun sizə qarşı fikirlərini öyrənmək olar.

* Məni gülməyə vadar edən insanları sevirəm. Həqiqətən düşünürəm ki, gülmək, həyatda ən çox sevdiyim şeydir. Gülüş bir çox xəstəliklərin öhdəsindən gəlir. Ola bilsin, bu, insanın sahib olduğu ən vacib cəhətdir.

* Yalnızca xoş sözlər tələffüz edən dodaqlar, insanlarda yalnızca gözəl cəhətləri görən gözlər gözəldir. Öz yeməyini ac insanlarla bölən bədən daha qamətlidir. Və hər gün körpənin oxşadığı saç ipək kimi olacaqdır.

* Qadının gözəlliyi yaşadığı illərlə birgə artar.

* Deyirlər, sevgi ən böyük yatırımdır: nə qədər çox versən, qarşılığını da bir o qədər çox alırsan. Məsələ bunda deyil. Sevgi – ən unikal yatırımdır – onu nə qədər çox bəxş etsən, özünüzdə bir o qədər çox sevgi yaranır. Bunu anlasaydınız, yaşamaq nə qədər də asan olardı.

Müəllif: Nəzrin Əsədzadə

Terefsiz.az