Zərdabda iki maşın toqquşub – FOTO

0
142

Zərdab rayonunda yol qəzası baş verib.

Oxu.az “Report”un Yuxarı Şirvan bürosuna istinadən  xəbər verir ki, axşam saatlarında Zərdab-Kürdəmir yolunda “QAZ-31” və “VAZ-2107” markalı maşınlar toqquşub.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

Fakt araşdırılır.