Yevlaxda meşə ərazisində yanğın başlayıb, xəsarət alan var

0
146

Yevlax rayonunda meşə ərazisində yanğınbaşlayıb.

Terefsiz.az -ın məlumatına görə, yanğın gecə saatlarında qeydə alınıb.

Belə ki, ildırım meşədəki ağacları vurub və bundan sonra yanğın başlayıb. Yerli idarəetmə orqanlarının və meşə təsərrüfatının işçiləri hadisə yerinə cəlb edilib. Yanğının söndürülməsinə eyni zamanda 8 yanğınsöndürən avtomobil də cəlb edilib. Hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı – 1983-cü il təvəllüdlü Vasif Məhərrəmov da tüstüdən zəhərlənib. O, Yevlax rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım bölməsinə çatdırılıb.

İstinad: Report.az

Terefsiz.az