Yaponiyanın Aya enən kosmik gəmisi ilə əlaqə kəsilib

0
105

Yaponiyanın “Hakuto-R Mission 1 (M1)” kosmik gəmisi Aya eniş etmək üzrəykən onunla əlaqə kəsilib.

Bu barədə “Terefsiz.az” xarici mətbuata istinadən xəbər verir.

“Biz rabitəni itirdik, ona görə də Ayın səthinə enişi tamamlaya bilməyəcəyimizi düşünməliyik”, – Yaponiyanın kosmik “İspace” şirkətinin baş direktoru Takeşi Hakamada deyib.

“Hazırda Tokionun Nihonbaşı şəhərində yerləşən HAKUTO-R Missiyaya Nəzarət Mərkəzi kosmik gəminin uğurunu təsdiq edə bilməyib”, – şirkətin açıqlamasında bildirilir.

Kosmik mühəndislər və Missiya İdarəetmə Mərkəzindəki əməliyyatları mütəxəssisləri hazırda kosmik gəminin hazırkı vəziyyətini təsdiqləmək üçün çalışırlar. “Kosmik gəminin statusu ilə bağlı əlavə məlumat əlçatan olduqdan sonra açıqlanacaq”, – Mərkəzdən bildirilib.

Əgər eniş uğurla başa çatsaydı, “İspace” Aya kosmik gəmi endirən ilk özəl şirkət olacaqdı.

terefsiz.az