“Yalan söyləməyin” – Doxsan min adam koronovirusa yoluxub

0
199

Koronovirus, əslində, 90 min adama yayılıb.

Uxan şəhərindən dünyaya yayılan virusa Çin ərazisində 90 min adam yoluxub.

TEREFSİZ.AZ xəbər verir ki, bu barədə çinli bir tibb bacısı sosial şəbəkələrdə yazıb.

O, bununla bağlı insanlara səhv məlumat verdiyinə və həqiqəti gizlətdiyinə görə Çin hökumətini günahlandırıb.

Tibb bacısı həqiqəti söyləyəcəyini deyərək:

“Uxanın daxil olduğu Xubey əyalətində və bütünlükdə Çində 90 min adam koronovirusa yoluxub. Bu məlumatı alanlara çölə çıxmamağı tövsiyə edirəm. Xahiş edirəm, Uxana qoruyucu maska, eynək və geyimlər göndərin. Bizə kömək edin”, – deyə insanlara səslənib.

Qeyd edilir ki, rəsmi məlumatlarda 2744 nəfərin virusa yoluxduğu, 80 nəfərin isə öldüyü bildirilib.