Yəməndə yaraqlılar qaz kəmərini partladıblar

0
178

Yəmənin Şabva əyalətində naməlum yaraqlılar qaz kəmərini partladıblar.

Terefsiz.az -ın məlumatına görə, bu barədə “RİA Novosti”yə yerli hakimiyyətdəki mənbə deyib.

Mənbə bildirib ki, 320 kilometr uzunluğunda olan qaz kəməri Şabva əyalətinin cənub-şərqində yerləşən Əyn Bamabaad rayonu yaxınlığında partladılıb.

Onun sözlərinə görə, partlayışdan sonra güclü yanğın başlayıb.

Terefsiz.az