” XOŞBƏXTLİYİN ÜZ QARASI ” – Bənövşə Mahmudqızı

0
704

 

” Xoşbəxtliyin üz qarası “

İlahi….
Öldür məni.
Demirəm ki, güldür,
Sevindir məni.
Deyirəm ki, öldür.
Cəhənnəminə hazıram.
Cəhənnəminə razıyam.
Mən üz qarasıyam,
Qanlı yarasıyam,
Ağısıyam
Xoşbəxtliyin…
Ağlayıram…
Elə hey ağlayıram.
Anlayıram…
Anlayıb, ağlayıram.
Bağışla,
Arada söyürəm də.
Hətta döyürəm də.
Döyürəm başımı.
Götürüb başımı
Gedə bilmirəm deyə,
Ölə bilmirəm deyə,
Ölə bilmirəm deyə!
Mən üz qarasıyam,
Qanlı yarasıyam,
Ağısıyam
Xoşbəxtliyin…

Müəllif: Bənövşə Mahmudqızı

Terefsiz.az