Xətai rayonunda su borusu partladı, sakinlər susuz qaldı – FOTO

0
160

Xətai rayonunda içməli su borusu partlayıb.

Babək prospektində içməli su borusunun partlaması nəticəsində axan su yola və ətrafa dağılıb.

Əraziyə Azərsu ASC-nin qəza xidmətinin əməkdaşları cəlb olunub.

İdarədən  verilən ilkin məlumata görə, həmin su borusunun olduğu ərazidə 3 ayrı boru var. İçməli su partlayan borudan yüksək təzyiqlə axdığından dəqiq olaraq hansı borunun partlaması bilinmir. Suyun tam kəsilməsindən və aparılacaq araşdırmalardan sonra problemin əsas səbəbi bəlli olacaq.

Borulara verilmiş içməli su dayandırılıb. Hazırda Azərsu ASC-nin əməkdaşları təmir işləri aparır.

Kamil Əmirli
Elşad Mətləboğlu

istinad:oxu.az