“Whatsapp” proqramından yeni funksiya

0
192

“WhatsApp” messenceri iyun ayında elan edilmiş kanal yaratma funksiyasının işə salındığını açıqlayıb.

Funksiya yaxın aylarda ictimaiyyətə açıq olacaq.

“Biz 150-dən çox ölkədə Kanallar funksiyasını işə salırıq ki, istifadəçilərimiz onları maraqlandıran yenilikləri özəl olaraq ala bilsinlər”, messencer bloqunda deyilir.

“WhatsApp” tərtibatçıları həmçinin bildiriblər ki, yeniləmə çərçivəsində istifadəçilər kanal yazılarına reaksiya verə biləcəklər. Bundan əlavə, istifadəçinin ölkəsinə əsaslanan avtomatik filtrli təkmilləşdirilmiş kataloq mövcud olacaq və kanal mesajlarını şəxsi söhbətlərə və qruplara yönləndirmək də mümkün olacaq. Administratorlar kanal yazılarını dərc edildikdən sonra 30 gün ərzində redaktə edə biləcəklər.

Messengerdəki rəsmi “WhatsApp” kanalı artıq baxış üçün hazırdır.

terefsiz.az