Vyetnam mazının bilmədiyiniz 10 MÖCÜZƏSİ – Video

0
254

Uşaqlıqdan bizə tanış olan bu qırmızı, üzəri ulduz şəkilli balzam bir çox işimizə yaraya bilər. Balzamın tərkibi qarışqa turşusu, mentollu yağlar, evkalipt, mixək, darçın, nanə, itburnu ekstraktı, vazelin, kamfora yağı və digər köməkçi maddələrlə zəngindir. Bu mazın isidici tərkibi orqanizmi canlandırır, qan dövranını yaxşılaşdırır, dərinin təzələnməsinə kömək edir.

1. Havanı təmizləyir Bunun üçün hava təravətləndiricinin içinə bir az balzam əlavə edib çalxalayın. Sonra bu qarışımdan otağa vurun. Bu havadakı mikrobları, zərərli maddələri dərhal məhv edib, təravətli qoxu yaradacaq.

2. Dabanlarınızı təmizləyəcək Gecə yatmamışdan qabaq dabanlarınıza balzamdan nazik qat sürtüb corab geyinin. Bir gecə ayağınızda saxlayıb səhər qabarmış dərini dabandaşı ilə təmizləyin. Bu proseduru 2-3 gün etsəz dabanlarınızın pambıq kimi yumşaq olmasının şahidi olacaqsınız.

3. Baş ağrılarını aradan qaldırır Bunun üçün balzamdan bir az götürüb gicgahlarınıza və alnınıza çəkib yavaşca masaj edin. Balzam dərhal isitmə funksiyasını yerinə yetirib ağrını dəf edəcək.

5. Dırnaq göbələyini müalicə edir Bunun üçün hər gün yatmamışdan öncə balzamdan göbələk infeksiyası olan dirnaqlarınıza çəkin. Bir müddətdən sonra balzamın möcüzəvi nəticəsinin şahidi olacaqsınız. ⠀

6. Qarın yağlarını əridir Kamfora həblərini spirt, soda və vyetnam mazı ilə qarışdırın. Krem şəklində olan qarışımdan qarın nahiyəsinə çəkib sellofanla bağlayıb yatın. Bu prosesi 2 həftə təkrarlayın. Bundan alınan nəticə sizi çox qane edəcək.

7. İltihab və infeksiyanın qarşısını alır Zədə və yaralar asanlıqla infeksiyaya yoluxa bilir. Bunun üçün əvvəl yaraları təmizləyib az miqdarda vyetnam mazı sürtün. Bu yaraların sağalma prosesini tezləşdirəcək.

8. Sizin yumşaq mebelinizi pişik cırmağından qoruyur Pişiklər sevimli ev heyvanı olmaqla yanaşı sizə ziyan da verə bilər. Pişiklər yumşaq və rahat bir əşya görəndə onları cirmaqlamağı xoşlayırlar. Bunun üçün divana yaxın bir yerdə açıq şəkildə bu balzamdan qoyun. Bundan sonra sizin sevimli heyvanınız ora yaxınlaşmayacaq.

9. Kürək və əzələ ağrılarına qarşı⠀ Vyetnam balzamı kürək və əzələ ağrılarına qarşı çox effektiv vasitədir. Siz ancaq ağrıyan hissələrə bu balzamdan sürtüb masaj edin. Bu zaman balzam ağrıyan hissəni qızışdırıb ağrını yox edəcək.

10.⠀Dəri çatlarının azalmasına kömək edir Əgər dərinizdə çatlar yaranıbsa, o zaman çarəsini axtarmaq lazımdır. Bunun üçün məlhəmdən çartlamış dəriyə sürtün. Bu prosesi 2 həftə davam etsəniz tezliklə gördüyünüz nəticə sizi sevindirəcək.⠀

11. Dəri göyərməsini aradan qaldırır Əgər bədən göyərməsinin tez bir zamanda aradan qalxmasını istəyirsinizsə üzərinə mütləq vyetnam mazı çəkin. Bu zaman ləkənin tez bir zamanda yoxa çıxmasını görəcəksiniz.

Unutmayın mazdan çox çəkmək, dərini yandıra bilər.