Vəkillər Kollegiyasının rəhbərliyi beynəlxalq konfransda iştirak edib – FOTO

0
139

Noyabrın 21-22-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəhbərliyi Sofiya Vəkillər Kollegiyasının yubiley ili çərçivəsində keçirilən “Demokratik cəmiyyətdə qanunun aliliyi naminə vəkilliyin rolu” mövzusunda beynəlxalq konfransda iştirak edib.

Terefsiz.az bildirir ki, Bolqarıstan Vəkillər Kollegiyaları Şurasının dəvəti əsasında baş tutmuş səfərdə Vəkillər Kollegiyasının sədri Anar Bağırov və müavini Pərviz Ələkbərov Kollegiyanı təmsil edib.

Tədbir Bolqarıstan Vəkillər Kollegiyaları Şurası, Sofiya Vəkillər Kollegiyası və Qanunun Aliliyi İnstitut birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Bolqarıstan Ədliyyə naziri Danial Kirilov, Bolqarıstan Ali İnzibati Məhkəməsinin sədri Georgiy Çolakov, Bolqarıstan Vəkillər Kollegiyaları Şurasının sədri Ralista Neqentsova, Polşa, Turkiyə, Rusiya, İspaniya, İtaliya, Ukrayna və bir sıra digər ölkələrin vəkillər assosiasiyalarının nümayəndələri iştirak edib.

Konfransda “Qanunun aliliyi demokratik dövlətin əsas prinsiplərindən biri kimi”, “Vəkillərin müstəqilliyi və pozulmazlığı müdafiə hüququnun təminatı kimi”, “Qanunun aliliyinin təmin edilməsində vəkil qurumlarının rolu” mövzusunda yerli və beynəlxalq təcrübəyə dair məruzələr dinlənilib.

Tədbirin rəsmi hissəsindən sonra Sofiya Vəkillər Kollegiyasının yubiley ilinə həsr olunmuş axşam ziyafəti keçirilib. Təntənəli ziyafətdə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası adından hədiyyə qismində Bakı şəhərini əks etdirən rəsm əsəri Bolqaırstan Vəkillər Kollegiyalarının Şurasına təqdim olunub.

istinad:oxu.az