Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı xeyriyyə tədbiri baş tutdu.

0
269

01.06.2019 – cu il tarixində Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı Çarə “Sizsiniz” komandasının təşkilatçılığı və Nizami Restoranın dəstəyi ilə 80 uşaq üçün Xeyriyyə tədbiri baş tutdu.

Uşaqların böyük əksəriyyəti Leykemiyadan (Qan xərçəngindən) əziyyət çəkən uşaqlar olmaqla bərabər, Daun sendromlu uşaqlar, az təminatlı ailələrin uşaqları və kimsəsiz uşaqlar idi. Uşaqlar Kukla teatırında tamaşa izləməyə aparıldıqdan sonra, Nizami Restoranında bayram şənliyinə gətirildi. Restoranda onları pizza qonaqlığı, çay süfrəsi, Face Art, əyləncə dolu şou və hədiyyələr gözləyirdi. Çarə “Sizsiniz” komandasının rəhbəri Nur Ülviyyə Həsrətova qeyd edir ki, “Bizlər 9 ildir sırf könüllük prinsipinə əsasən fəaliyyət göstəririk və bu 9 ildə tərkibimiz dəfələrlə dəyişməyinə baxmayaraq məqsədimiz, amalamız əsla dəyişmədi. Bizlər gənclərin maarifləndirilməsi yönündə təlim və seminarlar təşkil edir, müxtəlif layihələr ərsəyə gətiririk. Eyni zamanda da əlimizdən gəldiyi qədəri ilə xeyriyyə layihələri həyata keçiririk. Bacardığımız qədər çox insanın həyatına toxunuş etməyə çalışırıq. Bizlər bu komandanın görünən tərəfləriyik və əslində əsas qəhrəmanlar pərdənin arxasındakılardır. Mən burdan bizdən dəstəyinə və diqqətini əsirgəməyən ən başda Nizami Restoranının rəhbərliyinə, işçi heyyətinə, Kukla Teatırının rəhbərliyinə, SƏS İnformasiya Agentliyinə, Leykomiya ilə Mübarizə İctimai Birliyinə və ümumiyətlə bizi tək qoymadıqları, dəstəklərini əsirgəmədikləri üçün hər bir kəsə sonsuz minnətdarlığımı bildirirəm. Və son olaraq bütün uşaqların bayramını təbrik edirəm bir daha. Uşaqlar bizim gələcəyimizdir! Uşaqları qoruyaq, sevək!” Çarə “Sizsiniz” komansının baş təşkilatçısı Fidan Əsədova isə öz növbəsində ”Bugünkü tədbir bizim nə ilk nə də son tədbirimizdir. Biz komandamızla birlikdə təkcə bu Ramazan ayı boyunca 4 ayrı uşaq evinə, 1 dəfə qocalar evinə, 1 dəfə Leykemiya mərkəzinə, 1 dəfə Daun Sendromlu uşaq mərkəzinə, 3 dəfə Qadın və Uşaq Sığınma evinə, az təminatlı ailələrə baş çəkdik. Könüllülərimiz ilə birlikdə əlimizdən gələni etdik ki, daha çox insana faydamız toxunsun. Bizim məqsədimiz birdir! Çalışırıq ki, ümid olaq, insanların üzündə təbəssüm yaradaq, sevgimizi paylaşaq! Son olaraq isə bu gün daxil bütün bu tədbirlərimizin ərsəyə gəlməsində hədsiz çox insanın payının olduğunu qeyd etmək istəyirəm və hər bir kəsə bizi tək qoymadıqları, dəstəklərini əsirgəmədikləri üçün təşəkkür edirəm.” Tədbirin musiqi qonaqları isə DJ İkram Amiraslanov və Coşğun Viləş idi.