Türkiyəli məşhur keçmiş futbolçu koronavirusa yoluxdu

0
90

Türkiyə millisinin və “Fənərbaxça”nın keçmiş qapıçısı Rüştü Rəcbər koronavirusa yoluxub.

Terefsiz.az xəbər verir ki, bu barədə eks futbolçunun həyat yoldaşı məlumat paylaşıb.

O bildirib ki, veteran oyunçu COVİD-19 infeksiyası ilə xəstəxanaya yerləşdirilib.

Futbolçunun xanımı qeyd edib ki, ailəliklə verdikləri testlərdə onun, qızının və oğlunun analizləri neqativ çıxsa da, Rüştüdə pozitiv olub.

Buna görə də o, xəstəxanaya yerləşdirilib.

istinad:oxu.az