Türkiyədə patriarx Varfolomeyin evinə girən oğrular həbs edildi

0
114

Türkiyə polisi pravoslav Konstantinopol patriarxı Varfolomeyin evinə girən 4 oğrunu əməliyyat nəticəsində ələ keçirib.

Terefsiz.az -ın məlumatına görə, “Huberturk” yazır ki, atışma zamanı 2 oğru yaralanıb.

Bir neçə gün əvvəl patriarx yunan həvətənlilərinin görüşünə getdiyi zaman maska geyinən naməlum şəxslər evini qarət ediblər. Videokameralar oğruların hərəkətlərini lentə alıb.

Daha sonra İstanbulun Maltəpə rayonunda xüsüsi əməliyyat keçirilib və atışma zamanı 2 cinayətkar yaralanıb.