Türkiyədə Belarus diplomatı güllələndi

0
144

Ankarada Belarus səfirliyinin inzibati məsələlər üzrə katibin müavini Aleksandr Poqanşev silahlı hücuma məruz qalıb.

Terefsiz.az xəbər verir ki, bu haqda “Hürriyrət” nəşri bildirib.

Zərərçəkən iki güllə yarası alıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Diplomata atəş açan şəxs Türkiyə vətəndaşıdır. Ehtiyatda olan hərbçi eyni silahla intihar edib.

Onun belaruslu diplomatın qonşusu olduğu deyilir.

İstinad: Publika.az

Terefsiz.az