Trampın taxta heykəlini həyat yoldaşının vətənində yandırdılar – FOTO

0
161

ABŞ prezidenti Donald Trampın taxtadan düzəldilən heykəlini həyat yoldaşı Melanyanın vətəni – Sloveniyada yandırıblar.

AP xəbər verir ki, 8 metr hündürlüyü olan heykəl ötən il kənd ərazisində ucaldılıb.

Tramp göy kostyumda təsvir olunub, heykəlin ağzı isə açılıb-bağlanan olub.

Turistlərin marağına baxmayaraq kənd sakinlərinin bir çoxu heykəlin qoyulmasına etiraz bildirib.

Hazırda yerli polis yanğını törədənləri axtarır.